Azərbaycanlıların soyqırımı: Pəhləvi rejiminin Güney Azərbaycanda törətdiyi cinayətlər
12 dekabr 1946-cı ildə İranda hakimiyyətdə olan Pəhləvi rejimi Güney Azərbaycan xalqına qarşı genişmiqyaslı hərbi-cəzalandırma əməliyyatına başladı. Bu hadisələr tarixə 21 Azər soyqırımı kimi düşdü.
Azərbaycan Milli Hökumətini ləğv etmək bəhanəsi ilə bölgəyə daxil olan şah qoşunları Zəncan, Təbriz, Urmiya, Marağa və digər şəhərlərdə dinc əhaliyə qarşı kütləvi qırğınlar törətdi. Müxtəlif mənbələrə görə 25–50 min azərbaycanlı qətlə yetirildi, on minlərlə insan sürgünə göndərildi və ya öz yurdunu tərk etməyə məcbur oldu.
Pəhləvi rejimi təkcə fiziki zorakılıqla kifayətlənməyərək milli kimliyə qarşı da sistemli repressiyalar həyata keçirdi: Azərbaycan türkcəsində təhsil qadağan edildi, mətbuat bağlandı, kitablar yandırıldı, milli qəhrəmanların abidələri dağıdıldı.
Pəhləvi şah rejiminin azərbaycanlılara qarşı törətdiyi ən ağır dövlət cinayətlərindən biri kimi tarixdə qalmaqdadır.